III Pyotr

III Pyotr
rus. Петръ III Ѳеодоровичъ
Şəxsi məlumatlar
Doğum adı Karl Peter Ulrich von Schleswig-Golstein-Gottorf
Doğum tarixi 10 (21) fevral 1728[1][2]
Doğum yeri
Vəfat tarixi 6 (17) iyul 1762[3] (34 yaşında)
Vəfat səbəbi bilinmir
Dəfn yeri
Fəaliyyəti monarx
Anası Anna Petrovna
Həyat yoldaşı
Uşaqları
Ailəsi Oldenburqlar
Dini şərqi ortodoks xristianlıq, lüteranlıq, Rus Pravoslav Kilsəsi

Təltifləri "Müqəddəs apostol Andrey Pervozvannı" ordeni Müqəddəs Aleksandr Nevski ordeni "Müqəddəs Anna" ordeni Qara Qartal ordeni Pour le Mérite "Ağ qartal" ordeni
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

III Pyotr və ya Pyotr Fyodoroviç (Rusca: Пётр Фëдорович; 10 (21) fevral 1728[1][2], Kil[4][5][…]6 (17) iyul 1762[3]) — Rusiya imperatoru. Rus dilində çox az bilməsi və yürütdüyü Prussiya yönlü siyasətlə ölkədə sevilmədi. 6 aylıq səltənətin ardından taxtdan endirildi və ondan sonra taxta çıxan alman əsilli xanımı Yekaterina Alekseyevna tərəfindən planlanan sui-qəsdlə qətlə yetirildi.

Ölkədə populyar olmamasına baxmayaraq 6 aylıq səltənətində bir çox reformasiya işləri gördü. Dini azadlıq elan olundu və icbari təhsil dəstəkləndi. Rus ordusunu müasirləşdirməyə cəhd etdi. Yürütdüyü sərt siyasətlə əhalinin nifrətini qazanan hərbi dəstəni ləğv etdi və torpaq mülkədarlarının məhkəmə qərarı olmadan kölələrini öldürmələrini qadağan etdi. Xələfi olan İmperatriça Yekaterina bu qərarların bəzilərini davam etdirsə də, bir hissəsini ləğv etdi. III Pyotrun, siyasi gücü əlində tutmağa çalışan ordu mənsubları və zadəganlar tərəfindən devrilən güclü bir çar və ya təsadüfən Rusiya taxtına oturan dəli və gücsüz biri olduğu hələ də mübahisə məsələsidir. Bununla yanaşı, şübhəsizdir ki, xələfi olan xanımı Böyük Yekaterina ərinin səltənətini kölgələdi.

  1. 1 2 R. N. B. Peter III. (ing.). // Encyclopædia Britannica: a dictionary of arts, sciences, literature and general information / H. Chisholm 11 New York, Cambridge, England: University Press, 1911. Vol. 21. P. 291.
  2. 1 2 F. v. Krogh. Peter III. (alm.). // Allgemeine Deutsche Biographie L: 1887. Vol. 25. S. 469–473.
  3. 1 2 Deutsche Nationalbibliothek Record #118740180 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  4. 1 2 http://www.princeton.edu/~achaney/tmve/wiki100k/docs/Peter_III_of_Russia.html.
  5. 1 2 http://russiapedia.rt.com/prominent-russians/the-romanov-dynasty/peter-iii/.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search